NATO Avropada hərbi təlimlər keçirir

  03 Noyabr 2013    Oxunub : 600
NATO Avropada hərbi təlimlər keçirir
NATO Avropada təxminən altı min əsgərin qatıldığı genişmiqyaslı təlimlər keçirir.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, “Steadfast Jazz” adlı təlimlər bir həftə davam edəcək. Bunun əsas məqsədi Şimali Atlantik Alyansın çevik qüvvələrinin test edilməsindən ibarətdir.

Çoxmillətli qüvvələrin hərbi gəmiləri Polşanın Qdınya liman şəhərindən dənizə çıxaraq təlimlərə qatılıb. Altmış hərbi təyyarə və sualtı gəmilər də NATO təlimlərinə qoşulacaq.

NATO-ya üzv olan 28 ölkə, həmçinin İsveç, Finlandiya və Ukrayna Baltik dənizi, Polşa və Latviyada keçən təlimlərdə iştirak edir.

“Steadfast Jazz” 2006-cı ildən sonra NATO-nun keçirdiyi ən genişmiqyaslı təlim hesab edilir.

Teqlər: