Con Kerri Ukraynaya dəstək əli uzadır

Con Kerri Ukraynaya dəstək əli uzadır
  03 Noyabr 2013    Oxunub:1256
Con Kerri Ukraynaya gedir – Kiyevə dəstək üçün...
AzVision.az xəbər verir ki, ABŞ-n dövlət katibi Con Kerri gələn ay Ukraynaya səfər edəcək. Bu barədə Amerikanın Ukraynadakı səfiri Cefri Payet bildirib.

“Bu səfər islahatlar yolunda Ukraynanın yanında olduğumuzun siqnalı olacaq”, - deyə səfir qeyd edib.

Müşahidəçilər isə ABŞ xarici siyasət idarəsi başçısının gözlənilən səfərini ilk növbədə rəsmi Kiyevə qarşı Kremlin son zamanlar artan iqtisadi-ticari xarakterli təzyiqləri kontekstində qiymətləndirirlər.

Bu təzyiqlər noyabrın axırlarında Vilnüsdə keçiriləcək Avropa Birliyinin genişlənmə sammitində Ukraynanı assosiativ üzvlüklə bağlı sənədi imzalamaqdan çəkindirməyə yönəlib.


Teqlər:





Xəbər lenti