İran Ermənistanı işıqsıq qoydu
Ermənistanın Energetika Nazirliyinin mətbuat katibi Lusine Arutyunyan bildirib ki, elektrik enerjisi İran tərəfdən kəsilib.
Sentyabrın 22-dən Ermənistandakı “Metsamor” AES-i təmirlə əlaqədar ölkənin enerji sistemindən çıxarılıb. O vaxtdan Ermənistan elektrik enerjisini İrandan alır.
Bu gün saat 10.15-dən etibarən bütün Ermənistanda elektrik enerjisi kəsilib. İndiyədək ölkənin yalnız 30 faiz ərazisində enerjini bərpa etmək mümkün olub.
Ermənistan FHN-in məlumatına görə, elektrik enerjisinin kəsilməsi üzündən İrəvan metrosu dayanıb. Saat 10.17-də sərnişinlər metrodan təxliyə ediliblər.
Bundan başqa, soyuducu təsərrüfatında və tez xarab olan məhsullarla bağlı ciddi problem yaranıb.
Teqlər: