İranla "altılıq" arasında müzakirələr başa çatdı

İranla "altılıq" arasında müzakirələr başa çatdı
  01 Noyabr 2013    Oxunub:1057
Vyanada İranla "altılıq" arasında ekspertlər səviyyəsində keçirilən müzakirələr başa çatıb.
AzVision.az RİA Novosti agentliyinə istinadən, bu barədə Reyter agentliyi məlumat verir.

Agentliyin qeyd etdiyinə görə, görüş bağlı qapılar arxasında keçirilib, onun yekunları üzrə iştirakçılar şərh verməkdən çəkiniblər.

Ekspertlərin görüşü Vyanada oktyabrın 30 və 31-də keçirilib. Onun məqsədi noyabrın 7 və 8-də Cenevrədə İranla "altılıq" arasında planlaşdırılan danışıqların növbəti raundunun keçirilməsinin hazırlanması olub.


Teqlər:





Xəbər lenti