Barrozu: “Gürcüstanda bütün məsələlər siyasi metodlarla həll edilməlidir”

Barrozu: “Gürcüstanda bütün məsələlər siyasi metodlarla həll edilməlidir”
  30 Oktyabr 2013    Oxunub:1084
Gürcüstanın fəaliyyətdə olan prezidenti Mixail Saakaşvil Brüsselə səfər edib.
AzVision.az APA- ya istinadən xəbər verir ki, M. Saakaşvili Brüsseldə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə görüşüb. Məlumata görə, tərəflər Gürcüstan və Avropa Birliyi münasibətlərində əldə edilən tərəqqini müzakirə edib. Görüşdə Mixail Saakaşvilinin rəhbərliyi dövründə əhəmiyyətli uğurların əldə edildiyi qeyd olunub. Avropa Komissiyasının rəhbəri bildirib ki, Gürcüstanın yeni rəhbərliyi bu kursu davam etdirməli və tərəqqini dayandırmamalıdır.

Avropa Komissiyasının prezidenti mətbuat konfransında öz mövqeyini bildirib: “Gürcüstanda bütün siyasi məsələlər yalnız siyasi metodlarla həll edilməlidir”.


Teqlər:  





Xəbər lenti