Xalq Xoşbəxtliyi nazirliyi təsis edildi

Xalq Xoşbəxtliyi nazirliyi təsis edildi
  29 Oktyabr 2013    Oxunub:1012
Müxalifətin fikrincə isə bu seçkidə səs yığmağa yönəlmiş bir addımdır
Venesuela hökuməti qeyri adi addım atıb. Prezident Nikolas Maduro hökumətin tərkibində Xalq Xoşbəxtliyi nazirliyi təsis edib. Yeni yaradılan nazirliyə həkim və Venesuelanın Milli Assambleyasının keçmiş deputatı Rafael Rios rəhbərlik edəcək.
Xoşbəxtlik nazirliyi əsasən uşaq, qoca, əlil və evsizlərin problemləri ilə məşğul olacaq.

Dünyada ilk dəfə yaradılan belə bir dövlət qurumu keçən il xərçəngdən dünyasını dəyişən prezident Uqo Çavesin başladığı yoxsulluqla mübarizə proqramlarını həyata keçirəcək. Xoşbəxtlik Nazirliyinin ilk işi xaricdən ehtiyac duyulan qida və məhsulları gətirmək olacaq.

Ölkə müxalifəti isə nazirliyin bələdiyyə seçkilərinə 6 ay qalmış yaradıldığını bildirərək, bunun səs yığmağa yönəlmiş bir addım olduğunu iddia ediblər.

S. Həsənova


Teqlər:  





Xəbər lenti