Obamanın Twitter və Facebook-u sındırıldı

Obamanın Twitter və Facebook-u sındırıldı
  29 Oktyabr 2013    Oxunub:955
Suriyalı hakerlər ABŞ prezidentinin Twitter və Facebook hesablarını sındırıblar.
Hakerlər ABŞ prezidenti Barak Obamanın Twitter və Facebook sosial şəbəkələrindəki hesablarını sındırsalar da, onların idarəsini ələ keçirməyə nail ola bilməyiblər.

Obamanın hesablarını idarə edən “Organizing for Action” ictimai təşkilatının nümayəndəsinin verdiyi açıqlamaya görə, söhbət yazılara və paylaşımalara əlavə olunan qısa keçidlərdən gedir. Belə ki, həmin keçidlərə basdıqda dərhal “Suriya elektron ordusunun” saytına keçid alınır. Twitter , istifadəçilərinə xəbərdarlıq edərək onları ancaq “Organizing for Action” keçidlərindən istifadə etməyə çağırıb.

“HackerNew”nun verdiyi məlumata əsasən, hakerlər əvvəlcə prezidentin seçki kampaniyası dövründə sərmayə toplantısına yönəlmiş və artıq istifadə olunmayan donate.barackobama.com saytını sındırmağa müvəffəq olublar. Əsas saytı sındırmağa isə nail ola bilməyiblər.

Daha sonra prezidentin Facebook və Twitter hesabları da, sındırılıb. Hakerlər həmçinin prezidentin seçki qərargahının elektron yazışmalarını da ələ keçirə biliblər.

Haızrda saytı adi rejimdə işləyir. Obamanın hesablarındakı keçidlər də artıq qaydasına salınıb.

AzVision


Teqlər:





Xəbər lenti