Saakaşvili xalqla vidalaşdı - VİDEO

Saakaşvili xalqla vidalaşdı - VİDEO
  29 Oktyabr 2013    Oxunub:1325
Saakaşvilidən xalqa kövrək vida.


AzVision.az xəbər verir ki, səlaahiyyət müddəti noyabrda bitən Gürcüstan prezidenti Mixail Saakaşvili prezident sarayında ölkə vətəndaşlarına vida müraciəti edib. Müraciəti telekanallar canlı yayımlayıb.

Mixail Saakaşvili Gürcüstan əhalisinə ona iki dəfə etimad göstərdiyinə görə minnətdarlıq edib, ölkəsinə və xalqına xidmət etməyin ən böyük şərəf olduğunu deyib.

“10 il əvvəl mən sizə gələcəyə səyahət təklif etmişdim. Amma sona qədər gedəcəyimiz vədini verməmişdik. Bu, çox maraqlı səyahət idi və həmin gələcək bu gün çatdı. O, sizə məxsusdur”, - Mixail Saakaşvili deyib.

Qeyd edək ki, dünən Gürcüstanda prezident seçkiləri keçirilib və “Gürcü arzusu” koailsiyasının namizədi Georgi Marqvelaşvili qalib gəlib.




Teqlər:  





Xəbər lenti