Marqvelaşvili prezident iqamətgahından imtina etdi

Marqvelaşvili prezident iqamətgahından imtina etdi
  29 Oktyabr 2013    Oxunub:1168
Gürcüstanın yeni seçilmiş prezidenti Georgi Marqvelaşvili prezident iqamətgahında oturmayacağını bəyan edib.
AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, o, həmçinin, noyabrın 17-də keçiriləcək andiçmə mərasiminin təmtəraqlı olmayacağını deyib.

“Mən iqamətgaha köçməyə hazırlaşmıram. Qənaətim belədir ki, bu bina xalqa qaytarılmalıdır. Axı o, məhz xalqın puluna tikilib. Tezliklə binanın taleyi məlum olacaq”, - deyə o bildirib. Yeni prezident təzə iş yeri haqda da danışıb. Qeyd edib ki, iş kabineti dəftərxanada (hökumətdə), baş nazirin ona bağışladığı otaqda oturacaq.


Teqlər:





Xəbər lenti