`AB Transxəzəri Azərbaycana sırıyır`

`AB Transxəzəri  Azərbaycana sırıyır`
  28 Oktyabr 2013    Oxunub:1457
Avropa Birliyi Transxəzər qaz kəməri layihəsini Azərbaycana və Türkmənistana sırıyır”.

“İTAR-TASS”-ın xəbərinə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Don Dövlət Texniki Universitetində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Avropa Birliyi unudur ki, bu cür məsələlər Brüsseldə deyil, Xəzəryanı ölkələr tərəfindən həll olunmalıdır.

Xatırladaq ki, ötən il sentyabrın 7-də Avropa Birliyi Transxəzər layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verib. Sentyabrın 13-də Rusiya XİN bəyanatla çıxış edərək bildirib ki, 5 Xəzəryanı ölkə Xəzərin statusunu müəyyənləşdirənə qədər Transxəzər layihəsinin həyata keçirilməsi mümkün deyil. Buna baxmayaraq, Avropa Komissiyası Azərbaycan və Türkmənistanla Transxəzər qaz boru kəmərinin hüquqi bazası üzrə danışıqlara başlayıb.

Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.

Rusiya tərəfi isə bəyan edib ki, Xəzər regionunun işlərinə xaricdən müdaxilə bölgədə vəziyyəti gərginləşdirə və Xəzər dənizinin hüquqi statusuna dair aparılan beştərəfli danışıqlara mənfi təsir edə bilər: “Bu cür irimiqyaslı layihələrlə bağlı qərarlar bütün Xəzəryanı ölkələrin iştirakı ilə qəbul olunmalıdır”.(apa)




Teqlər:  





Xəbər lenti