İran-MAQATE danışıqları başlayır

İran-MAQATE danışıqları başlayır
  28 Oktyabr 2013    Oxunub:1528
Budəfəki danışıqlar hər iki tərəfin danışıqlar komandasının tərkibinin dəyişməsindən sonra baş tutan ilk görüş olacaq.
Bu gün Vyanada İranla Maqate arasında daşıqıların ilk raundu keçiriləcək. Əvvəlcə yerli vaxtla saat 13:00-da MAQATE-nin qərargahında təşkilatın baş direktoru Yukiy Amano ilə İranın nüvə üzrə danışıqlar qrupunun başçısı, xarici işlər nazirinin müavini Abbas Aarkiçinin görüşü baş tutacaq.
Sonra, yerli axtla saat 15:00-da adi formatda görüşə start veriləcək. MAQATE nümayəndə heyyətinin başçısı ilk dəfə olaraq baş direktorun müavini Tero Varyoranta olacaq.

MAQATE ilə İran arasında oktyabrın 30-31-i baş tutacaq görüşlərin ardınca İralnla beynəlxalq vasitəçilər “altılığının” ekspert danışıqları da gözlənilir. “Altılığa”BMT TŞ daimi üzvləri və Almaniya daxil olacaq. Görüş Vyanada keçiriləcək.

Qeyd edək ki, BMT-nin baş katibi Ban Ki-mun ABŞ-dan İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyi tələb edir. Öz məruzəsində Ban Ki-mun sanksiyaların əslində qadın, uşaq və xəstələrə qarşı yönəldiyini bəyan edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti