Mixail Saakaşvili 2003-cü il noyabrın 3-də `Qızılgül inqilabı` adlanan xalq hərəkatı vasitəsilə hakimiyyətə gəlib. Bu zaman müxalifətin qanuni hesab etmədiyi parlament seçkiləri keçirilmişdi. Müxalifətin etirazı 22 noyabr günü pik səviyyəsinə çatmışdı. Gürcüstan parlamentinin birinci iş günü etirazşılar Saakaşvilinin başçılığı ilə, əllərində qızılgül (İnqilabın adı burdan götürülüb) parlament binasına daxil olur, çıxış edən Şevarnadzenin sözün kəsib onu binadan qovmuşdu. Bundan sonra 2004-cü ilin 4 yanvarı ölkədə yeni prezident seçkiləri keçirildi ki, burda qələbəni Saakaşvili qazandı.
Artıq qanuna görə Mixail Saakaşvili 3 dəfə prezident seçilə bilməz. AzVision.az Saakaşvilinin prezidentliyi dönəmində vacib anları fotolarda təqdim edir.