Bidzina səs verdi
O, səs verdiyi namizədin adını açıqladığına görə, qanunu pozması haqqında jurnalistlərin fikirlərinə münasibətdə deyib ki, "bu o qədər də dəhşətli deyil".
İvanişvili qeyd edib ki, səsini Gürcüstanın gələcəyinə verib.
"Gürcüstanda bu günə qədər olmamış sakit seçkilər keçirilir, məntəqələrdə növbələr var və bu, belə də olmalıdır. Çünki insanlar yeni Gürcüstan görmək istəyir" - deyə o bildirib.
Baş nazir əminliklə deyib ki, axşamadək Gürcüstan əhalisi vətəndaş məsuliyyətini yerinə yetirməklə səsini verəcək. O, doğru seçimin ediləcəyinə ümidvar olduğunu söyləyib.
"Bu tamamilə başqa seçkidir. Keyfiyyət baxımından yaxşı olan seçki bizim böyük qələbəmizdir. Bununla biz insanlara bu və ya digər namizədə sərbəst şəkildə dəstəyini ifadə etmək imkanlarını qaytardıq. İlk dəfədir ki, hakimiyyət hər hansı namizədə dəstək vermir. Məhz, bu, xalqı qorxudan azad edən azadlıqdır" - deyə o əlavə edib.
İvanişvili bildirib ki, Gürcüstan üçün yaxın perspektiv çağırışı iqtisadiyyatdır.
Teqlər: