Dəməşqdə məscid yaxınlığında partlayış: 30 ölü, 100 yaralı

Dəməşqdə məscid yaxınlığında partlayış: 30 ölü, 100 yaralı
  26 Oktyabr 2013    Oxunub:1098
Suriyanın paytaxtı Dəməşqin Vadi Barada rayonundakı məscidlərdən birinin yaxınlığında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində 30 nəfər ölüb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində aralarında uşaqların da olduğu 30 nəfər həlak olub, 100 nəfər xəsarət alıb.

Bəzi yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Ölənlərin sayının artacağı istisna olunmur.

Ərazidə ikinci bomba yüklənmiş avtomobilin aşkar edildiyi və partlayıcı qurğunun zərərsizləşdirildiyi qeyd olunur.


Teqlər:





Xəbər lenti