Putin taciklərə icazə verdi

Putin taciklərə icazə verdi
  25 Oktyabr 2013    Oxunub:1210
Rusiya prezidenti tacikləri digər miqrantlardan ayırdı
Bu gün Rusiya Federasiyasının prezidenti Vladimir Putin Tacikistan vətəndaşlarının Rusiya ərazisində yaşaması qaydaları haqqında razılaşmanı ratifikasiya üçün Dövlət Dumasına təqdim edib. Sözü gedən sənəd artıq Aşağı Palatanın informasiya saytında yerləşdiirlib.

Bu sənəd Rusiya ərazisində müvəqqəti yaşayan xarici vətəndaşları 15 gün ərzində yaşayış yeri ilə bağlı qeydiyyatdan keçmək öhdəliyindən azad edir.

Hazırda isə Rusiyaya gəlmiş xarici vətəndaşlar ölkəyə gəldiyi ilk gündən 7 iş günü ərzində yaşayış yeri üçün qeydiyyatdan keçməlidirlər. Xatırladaq ki, daha öncə XİN və FMX tərəfindən tərtib olunmuş bu sənəd qanunvericilik fəaliyyəti üzrə RF dövlət komissiya tərəfindən təsdiq olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti