Jirinovski: “Zeynalovun cinayəti sifarişdir”

Jirinovski: “Zeynalovun cinayəti sifarişdir”
  23 Oktyabr 2013    Oxunub:1140
Vladimir Jirinovski : “Bu cinayətin arxasında kimlərin olduğunu, pulu kimin verdiyini bilirəm”.

Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Biryulevo hadisələri haqqında fikirlərini bölüşüb. O bəyan edib ki, Orxan Zeynalovun Yeqor Şerbakovla bağlı cinayətinin ardınca Biryulovada baş qaldıran çaxnaşmaların sifarişçisinin kim olduğundan xəbərdardır.

Jirinovskinin sözlərinə görə, yaranmış bütün çaxnaşmalar sifariş mahiyyətlidir və ”rus quldurlarının” həmçinin, ”etnik cinayətkar qruplaşmalarının” gəlir mənbəyi olan bazarlarda təsir gücünü artırmaq istəklərinə xidmət edir.

Liberal Demokrat Partiyasının rəhbəri bəyanatında onu da bildirib ki, ad çəkmək niyyətində deyil, lakin bununla belə, o, cinayatin əsl səbəbkarlarının kimlər olduğunu yalnız Rusiya DİN-i Vladimir Kolokoltsev, FMX-nin rəhbəri Konstantin Romodanovski və Moskva Bələdiyyə sədrinin müavini Aleksandr Qorbenkovua açıqlayacağını bildirib.

“ Bu cinayətin arxasında kimlərin olduğunu , pulu kimin verdiyini yalnsız siz üçünüzə deyəcəm. İstiyirəm biləsiniz ki, bu “inqilabların” sifarişçisi kimdir, bütün bunlar kimin başının altından çıxıb”.

Ləman Əzizli
AzVision.az




Teqlər:  





Xəbər lenti