ABŞ ermənilərə yox dedi

ABŞ ermənilərə yox dedi
  23 Oktyabr 2013    Oxunub:1243
ABŞ-ın Ermənistandakı səfiri Con Heffern də ermənilərə kömək edə bilmədi.
ABŞ 1925-ci ildə Ağ Evə hədiyyə olaraq verilmiş erməni yetimlərinin toxuduğu xalçadan imtina edib. Ağ ev administrasiyası bu qərarı ilə bağlı heç bir izahat verməyib. Bu barədə AzVision.az «The Washington Post» qəzetində dərc olunmuş məqaləyə istinadən xəbər verir.

Filip Kenikotun yazdığı məqalədə qeyd olunur ki, “ermənilər 20 ildir Ağ Evin anbarında saxlanılan xalçanın Smitsonovski İnstitutunun dekabrın 16-da Akop Martin Deranyanın “Prezident Kalvin Kulic və erməni yetimlərinin xalçası” adlı kitabının təqdimat mərasimi çərçivəsində sərgiləcəyinə ümid edirdilər. ABŞ-ın Ermənistandakı səfiri Con Heffernin də adminitrasiya dəfələrlə müraciət etməsinə baxmayaraq Ağ ev qərarından dönməyib, ümumiyyətlə sözügedən tədbir təxirə salınıb”.

Hazırda həm erməni mətbuatı , həm də elə hökuməti “erməni genosidinin 100 illiyi” ərəfəsində keçirilməsi gözlənilən tədbirin, o cümlədən xalça ilə bağlı qərarın siyasi səbəblərinin olub –olmaması üzərində baş sındırırlar. Ermənistan tərəfi Ağ Evin “erməni genosidini tanımayan Türkiyədən qorxduğu üçün” belə bir qərar verdiyini düşünür.

S.Həsənova
AzVison.az



Teqlər:  





Xəbər lenti