Saakaşvili prezident iqamətgahını tərk etdi

Saakaşvili prezident iqamətgahını tərk etdi
  23 Oktyabr 2013    Oxunub:984
Gürcüstan Prezidenti Mixail Saakaşvili Tbilisinin Diqomi rayonunda dövlətin verdiyi iqamətgahı tərk edir.
AzVision.az xəbər verir ki, birinci xanım Sandra Rulofs jurnalistlərə bildirib ki, artıq komissiya iqamətgaha gəlib və əşyaları siyahıya alıb: "İndi şəxsən bizə aid əşyaları, əmlakı daşıyırıq".

S.Rulofs illərdir yaşadıqları evi tərk etdiklərinə görə təəssüfləndiyini bildirib: "Nə etmək olar? Biz evi tərk etməyə və sakitcə əşyalarımızı çıxartmağa hazırıq".
Qeyd edək ki, M.Saakaşvili şəxsən özü əşyaları qablaşdırıb və avtomobilə yükləməyə kömək edib.

Prezident qeyd edib ki, o, ailəsi ilə bu vaxtadək nənəsinin yaşadığı Zandukeli küçəsindəki ("Rustaveli" metrostansiyasının yaxınlığında) mənzilə köçəcək.

Xatırladaq ki, M.Saakaşvili prezident postunu oktyabrın 27-də - Gürcüstanın yeni dövlət başçısı seçiləndə tərk edəcək.

O bu vəzifədə 2004-cü il yanvarın 5-dən çalışır.


Teqlər:





Xəbər lenti