Rusiyada növbəti partlayış – 6 ölü

Rusiyada növbəti partlayış – 6 ölü
  23 Oktyabr 2013    Oxunub:3333
Rusiyanın Pskov vilayətində partlayış baş verib, 6 hərbçi ölüb.
Rusiyanın Pskov şəhəri yaxınlığında hələlik müəyyən olunmayan qurğunun partlaması nəticəsində 6 hərbçi həlak olub, 2 nəfər isə yaralanıb AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd edək ki, insident Pskov vilayətinin Struqi Krasnıye yaşayış məntəqəsində yerləşən 714-cü poliqonda, Hərbi Hava-Desant Qoşunlarının hərbçiləri təlim atışından qayıdarkən baş verib.

Mənbənin məlumatına görə, hərbi sursatın partlaması nəticəsində ölənlərdən 5-i Ryazan ali hava-desant hərbi məktəbinin kursantları, 1 nəfər isə kontrakt əsasında qulluq çəkən hərbçi olub.

Hadisə yerinə Rusiya Hərbi Hava-Desant Qoşunlarının komandanı Vladimir Şamanov gəlib.


Teqlər:





Xəbər lenti