Ermənilərlə ruslar arasında atışma-VİDEO

Ermənilərlə ruslar arasında atışma-VİDEO
  21 Oktyabr 2013    Oxunub:1459
Moskvada ermənilərlə ruslar arasında silahlı insident nəticəsində üç nəfər yaralanıb.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvada ermənilərlə ruslar arasında silahlı qarşıdurma yaşanıb. Hadisə səhər saatlarında, Rusiya paytaxtının cənub –qərbində, Kaxovka küçəsində yerləşən “Prins” restoranında baş verib.

Moskva polisinin məlumatına görə, restoranda hesabı ödəmək istəməyən bir qrup erməni yerli sakinləri təhqir edib və onları öldürməklə hədələyiblər. Tərəflər arasında atışma olub. Nəticədə 19 yaşlı Qanik Maqlyan, 23 yaşlı Ararat Sarkisyan və Rusiya Maliyyə universitetin 21 yaşlı tələbəsi Arman Sarkisyan yaralanıb.
Hadisə ilə bağlı cinayət işi açılıb. Faktla bağlı araşdırmalar davam edir.

S. Həsənova
AzVision.az





Teqlər:  





Xəbər lenti