Alman deputat “Azadlıq” qəzetinə etiraz etdi
Məqalədə etiraz aksiyasının ATƏT Parlament Assambleyasının Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkilərini müşahidə missiyasının rəhbəri kimi xanım D. Barnettinin seçkilərin yüksək səviyyədə təşkil edilməsi ilə bağlı verdiyi bəyanatlarla əlaqədar keçirildiyi bildirilir. Aksiya iştirakçıları ilə görüşmüş xanım D.Barnettin adından onun seçkilər barədə söylədiyi fikirlərin guya təhrif olunması barədə sitatlar verilib.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən xanım D.Barnettə müvafiq sorğu göndərilib və onun məsələyə münasibəti öyrənilib.
Xanım deputat səfirliyə cavab məktubunda ona istinadən verilmiş sitatlar haqqında bildirib ki, “Faktların saxtalaşdırılmasına, mənim dediklərimin tam əksinin utanmadan mənim adıma yazılmasına görə söz tapa bilmirəm. Mən dünən Maynts şəhərindən gəlmiş nümayişçilərin sözçüsünə bu haqda yazacağam”.