Səudiyyə Ərəbistanı BMT-dən imtina etdi

Səudiyyə Ərəbistanı BMT-dən imtina etdi
  18 Oktyabr 2013    Oxunub:1117
Rəsmi Ər-Riyad bu addımını BMT TŞ-nın "ikili siyasəti"nə etiraz olaraq atdığını bəyan edib
Səudiyyə Ərəbistanı BMT-nin Təhlükəsizlik Şurasında yerindən imtina edib. Rəsmi Ər-Riyad Təhlükəsizlik Şurasının işinin qeyri-effektivliyinə və beynəlxalq problemlərin həllində ikili standartlar siyasətindən istifadə etdiyinə görə bu addımı atdığını bəyan edib.

Səudiyyə Ərəbistanı BMT-nin Təhlükəsizlik Şurasını Fələstin problemini həll etmək qabiliyyətinin olmamasında, eləcə də Suriyada müharibəyə son qoya bilməməkdə və bu ölkənin prezidenti Bəşər Əsədə qarşı sanksiyalar tətbiq edə bilməməkdə ittiham edib.

Ötən gün Səudiyyə Ərəbistanı öz tarixində ilk dəfə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuşdu. Onunla birlikdə Nigeriya, Çad, Litva və Çili də bu qurumun növbəti qeyri-daimi üzvləri seçilib.


Teqlər:





Xəbər lenti