Suriyada qanlı hücum: 68 ölü

Suriyada qanlı hücum: 68 ölü
  18 Oktyabr 2013    Oxunub:1172
Hökumət qüvvələrinin müxaliflərin sıx olduğu bölgələrə hücumları davam edir.
Suriyada Əsədə bağlı ordu birliklərinin müxalif qüvvələrə qarşı hərbi əməliyyatı davam edir.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, baş verən hücumlarda ümumlikdə 68 nəfər həlak olub. Suriya İnsan Haqqları Təşkilatının yadığı məlumatda, havadan və qurudan reallaşdırılan hücumlar nəticəsində Dera şəhərində 29, Hələbdə 12, Deyruz-Zorda 9, Həmada 8, paytaxt Şam yaxınlığında 7, Humus, Hasəki və İdlibdə is 1 nəfərin həlak olduğu, ölənlərdən 13-nün uşaq, 5-nin isə qadın olduğu bildirilir.

Azad Suriya Ordusuna bağlı qüvvələrin Hələb Mərkəzi həbsxanasını mühasirəyə aldığını və hökumət qoşunları ilə şiddətli döyüşlərin getdiyi qeyd olunan məlumatda vurğulanır ki, döyüş təyyarələri Hələbdə müxaliflərin sıx olduğu bölgələri bombardmana məruz qoyur.

Başqa bir məlumata görə, İdlib şəhərinin Cəbəl-əl-Zaviyə bölgəsini bombalamaq istəyən döyüş təyyarəsi müxalifət qüvvələri tərəfindən vurulub. Paytaxt Şamın Kutafye bölgəsində yerləşmiş Əsədə bağlı 155-ci hərbi birləşmə ölkənin şimalına "Scud" raketi atıb.


Teqlər:





Xəbər lenti