Avstraliyanı od vurub

  17 Oktyabr 2013    Oxunub : 612
Avstraliyanı od vurub
İsti hava şəraiti ölkə ərazisində yüzlərlə meşə yanğınına səbəb olub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyada qeyri-mövsümi isti temperatur və güclü küləklər yüzlərlə meşə yanğınlarına yol açıb. Adanın əhalisi ən sıx olan ştatı ətrafında baş alan yanğın ocaqlarından 18-i nəzarətdən çıxıb.

Nyu Saus-Uelsdə bir neçə ev yanaraq kül olub. Alov intensiv olduğundan yanğınsöndürənlər bir çox ərazilərə daxil ola bilməyib və dağıntıların dəqiq sayı barədə məlumat yoxdur. Hələ ki, sakinlər və ya xilasedicilə arasında xəsarət və itki halları qeydə alınmayıb.

Meşə yanğınlarından çıxan tüstü dumanı o qədər qatı olub ki, Sidneyin mərkəzində günəşin qarşısını tutub. Qaranlığın düşməsi ilə temperatur müvəqqəti olaraq (14-15 )dərəcəyə düşsə də, sonradan başlamış güclü külək yanğınların istiqamətini dəyişərək, fövqaladə vəziyyətə cavab verən 1400 yanğınsöndürənin işini çətinləşdirib. Qeyd edək ki, isti aylarda Avstraliyada müntəzəm olaraq təbii yanğınlar baş verir. 2009-cu ildə Viktoriya ştatında baş vermiş oxşar meşə yanğıları 173 nəfərin ölümünə, 2 mindən çox yaşayış evinin dağılmasına səbəb olmuşdu.

Teqlər: