Yaponiya dəhşət içində-VİDEO

Yaponiya dəhşət içində-VİDEO
  17 Oktyabr 2013    Oxunub:1426
Xarabalığı xatırladan Yaponiyanın İzu-Oşima adalarında binalar dağılıb, küçələr su altında qalıb, ağaclar kökündən çıxıb.
Paytaxt Tokyodan cənubda yerləşən adalarda son sutkalar ərzində iki aylıq yağıntı norması düşüb. Leysan yağışları yeni torpaq sürüşmələri təhlükəsi yaradıb. Çaylar məcrasından çıxır. Yaponiyalı mütəxəssislər Vipa qasırğasını son 10 ilin ən təhlükəli təbii fəlakəti hesab edir. 2004-cü ildə Yüzlərlə insanın ölümünə səbəb olan torpaq sürüşmələrindən sonra ilk dəfədir ki, yaponlar bu tip təbii fəlakətlə üzləşir. Paytaxt Tokioda da leysan yağışları davam edir.

Bir neçə nəfərin taleyi barədə məlumat yoxdu. Bu gün Tokyoda 3500-ə qədər məktəbdə dərslər dayandırılıb. Dəmir yollarında sürət qatarlarının hərəkəti təxirə salınıb. Paytaxt metrosunun fəaliyyətiylə bağlı problemlər yaranıb. Stansiyalardan bir neçəsi su altında qalıb.

Qeyd edək ki, hazırda Vipa qasırğası Yaponiyanın şimal-şərq sahillərinə doğru hərəkət edir. Bu gün gündüz saatlarında güclü külək Rusiyanın Cənubi Kuril adalarına çatacaq. Sinoptiklərin proqnozlarına görə, burda küləyin sürəti saniyədə 45 metrə çatacaq.




Teqlər:  





Xəbər lenti