Yaponiyada tufan- 14 ölü

  16 Oktyabr 2013    Oxunub : 535
Yaponiyada tufan- 14 ölü
Güclü “Vipxa” tufanı Yaponiyada 14 nəfərin ölümünə səbəb olub.
Bu gün Yaponiyaya çatan güclü “Vipxa” tufanı nəticəsində 14 nəfər həlak olmuş, 37 nəfər itkin düşüb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət Sakit okeanda, Tokiodan bir qədər cənubda yerləşən İcuşima adasına güclü ziyan vurub. Şiddətli külək və torpaq sürüşməsi nəticəsində 280 tikiliyə ciddi zərər dəyib. Palçıqlı sel İcuşimanın inzibati mərkəzi olan Oşima qəsəbəsində küçələri dağıdıb.

Yaponiyanın altı prefekturasında 30 min ailə təxliyə haqqında tövsiyə alıb. Bir çox rayonlarda 800 millimetrdən çox yağıntı düşdüyü bildirilir. Güclü külək 40 min evi işıqsız qoyub. Dəmir yol xətlərində qatarların hərəkəti dayandırılmışdır. “Şinkansen” qatarları şəbəkəsinin çoxhərəkətli xətlərində də hərəkət pozulub. Aeroportlarda 520 aviareysin təxirə salınıb.

“Fukusima-1” atom elektrik stansiyasında yağış sularının toplanması üçün çənlərin dolub daşdığı barədə məlumatlar yayılıb. Lakin həmin çənlərdəki suyun radisiyaya yoluxmadığı bildirilir.

“Vipxa” tufanı cari fəsildə Sakit okeanda əmələ gəlmiş 26-cı qasırğadır. Tufanın mərkəzində küləyin sürəti saniyədə 35 metrə bərabərdir.
Oktyabrın əvvəllərində “Danas” tufanı da Yaponiyaya güclü ziyan vurmuşdu. Nəticədə 350 aviareys təxirə salımnmış, 14 mindən çox ev elektrik enerjisiz qalmışdı.

Teqlər: