Moskva polisi səfərbər oldu

Moskva polisi səfərbər oldu
  15 Oktyabr 2013    Oxunub:1071
Moskva Baş Polis İdarəsinin rəisi: ”Paytaxtın bütün rayonlarında asayişi təmin etməyə əlavə qüvvələr cəlb olunub”
“Əlimizdən gələni edəcəyik ki, qətlin üstü açılsın”. Moskva Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin belə deyib.

O, 40 ən təcrübəli əməliyyat işçisini Qərbi Biryulevo rayonunda baş verən cinayət işini araşdırmağa göndərdiyini söyləyib: “Bundan başqa, əraziyə əlavə polis qüvvələri göndərmişik ki, rayonda təhlükəsizliyi və asayişi təmin etsinlər. Ümumilikdə Moskvanın bütün rayonlarında patrul xidmətinin işi gücləndirilib, asayişi təmin etməyə əlavə qüvvələr cəlb olunub”.

A.Yakunin Yeqor Şerbakovun qətlində bir neçə nəfərin şübhəli şəxs qismində saxlandığını söyləyib: “Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən ilk şəxs barəsində anket məlumatları hazırlanır. Yalnız bundan sonra həmin şəxs barəsində axtarış elan etmək olar”.


Teqlər:  





Xəbər lenti