Türkiyə ordusu İraqa girə bilər

Türkiyə ordusu İraqa girə bilər
  11 Oktyabr 2013    Oxunub:949
Türkiyə parlamenti İraqda hərbi əməliyyatların keçirilməsi üçün mandatını uzadıb.
Türkiyə parlamenti İraqın şimalında terrorla mübarizə üçün hərbi əməliyyatların aparılması mandatını daha bir il uzadıb. Bu barədə AzVsison.az Anadolu agentliyinə istinadən məlumat verir.

Mandatın uzadılması haqqında sorğu hakim Ədalət və inkişaf partiyası, Cümhuriyyət xalq partiyası və Milliyyətçi hərəkat partiyası tərəfindən bəyənilib, halbuki azsaylı müxalifət Sülh və demokratiya partiyası onun əleyhinə səs verib.

Türkiyə parlamenti hökumətə Şimali İraqda hərbi əməliyyatların keçirilməsinə 2007-ci ildən hər il mandat verir.

Hər mandat hökumətə terrorçu Kürd fəhlə partiyasına qarşı mübarizə üçün Şimali İraqa qoşun göndərməyə imkan verir.

Mandatı parlamentdə əksər səs çoxluğu ilə qüvvəyə minir.


Teqlər:





Xəbər lenti