Tufan Kerrinin səfərinə mane oldu

Tufan Kerrinin səfərinə mane oldu
  10 Oktyabr 2013    Oxunub:1204
ABŞ-ın dövlət katibi Con Kerri tayfun yaxınlaşdığına görə Filippinə səfərini təxirə salıb.
AzVision.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Con Kerri şərqdən ölkəyə yaxınlaşan “Nari” tufanına görə Filipinə planlaşdırılmış rəsmi səfəri təxirə salıb.

Kerri son anda büdcə məsələsinə görə cənub-şərqi Asiyaya səfərini təxirə salan ABŞ prezidentinin əvəzinə oktyabrın 11-də Manilada olmalı idi. Dövlət katibinin sözlərinə görə, bu qərarı Filippində iqlim şəraitini nəzərə alaraq onun pilotları qəbul edib.

AzVision.az


Teqlər:





Xəbər lenti