Jirinovski: `Səfirliyin pəncərəsini sındıracağam`

Jirinovski: `Səfirliyin pəncərəsini sındıracağam`
  09 Oktyabr 2013    Oxunub:974
Vladimir Jirinovski Hollandiya səfirliyinin pəncərəsini sındıracağını söyləyib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovski Hollandiya səfirliyinin qarşısında piket keçirəcəyini və səfirliyin bütün pəncərəsini qıracağına söz verib. “Biz bu prinsiplə yaşamayacağıq: bir üzümüzə vururlar, o biri üzümüzü çeviririk” - Jirinovski deyib.

Haaqada rusiyalı diplomat Dmitri Borodinin həbsi barədə LDP lideri söyləyib ki, polis heç bir halda Rusiya səfirliyinin əməkdaşını tutmaq hüququna malik deyil. Qeyd edək ki, Rusiya hökuməti diplomatının həbs üçün Hollandiyadan üzr istəməsini tələb edib. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya səfirliyinin əməkdaşına hücum edənlər cəzalandırılmalıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti