İranlılar Netanyahuya istehza etdilər

İranlılar Netanyahuya istehza etdilər
  08 Oktyabr 2013    Oxunub:1075
İranlılar İsrailin baş naziri Benyamin Netanyahunu sosial mediada tənqid ediblər.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu BBC Fars telekanalına müsahibəsində bildirmişdi ki, iranlılara cins geyinməyə icazə verilmir. Netanyahu söyləyib ki, əgər iranlılar müstəqil olsaydılar cins geyinə və Qərb musiqisinə qulaq asa bilərdilər.

İran və xaricdə yaşayan iranlılar baş nazirin açıqlamasına sərt reaksiya göstərib və onu sosial şəbəkələrdə tənqid atəşinə tutublar. Gənclərin çoxu cins geyinərək və musiqi dinləyərək çəkdirdikləri video və şəkillərini sosial şəbəkələrdə paylaşıblar. Belə ki, cins İranda qadağan olunmayıb, lakin qadınlardan hicab geyinmək tələb olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti