Naziri aeroportda saxladılar

Naziri aeroportda saxladılar
  08 Oktyabr 2013    Oxunub:1265
Xarici işlər naziri Nyu-Yorkda axtarışa məruz qalıb.
AzVision.az xəbər verir ki, Zimbabve hökuməti ABŞ-ın Zimbabvedəki səfirindən Amerika aeroportunda Afrika ölkəsinin xarici işlər nazirinin axtarışı barədə izahat tələb edib. Bu cür yoxlama diplomatik normaların pozulması hesab olunur. Amerika səfiri üzr istəyib və hadisənin başvermə səbəbini araşdıracağına söz verib. The Zimbabwe Mail yazır ki, Zimbabve hökuməti söhbətin təfərrüatlarını açıqlamaqdan imtina edib.

Zimbabvenin xarici işlər naziri Simbaraşe Mumbenqeqvi Nyu-Yorkun beynəlxalq Con Kennedi aeroportunda axtarışa məruz qalıb. Nazir Zimbabve nümayəndə heyətinin tərkibində BMT Baş Assambleyasından öz ölkəsinə qayıdan zaman yoxlanılıb. Qeyd edək ki, nümayəndə heyətinə ölkənin prezidenti Robert Muqabe başçılıq edirdi. Axtarış zamanı Zimbabve prezidenti və xanımı, xarici işlər naziri və nümayəndə heyətinə Nyu-Yorku tərk etmək qadağan olunmuşdu.

AzVision.az


Teqlər:





Xəbər lenti