Polşa senatoru: `Qarabağ düyününün açılma zamanıdır`

Polşa senatoru: `Qarabağ düyününün açılma zamanıdır`
  08 Oktyabr 2013    Oxunub:971
Gürcüstanın paytaxtı Tiflisdə "Avropaya inteqrasiya prosesində parlamentin rolu" mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Gürcüstanla yanaşı, Baltikyanı və Mərkəzi Avropa ölkələri parlamentlərinin nümayəndələri, hökumət üzvləri, həmçinin digər beynəlxalq təşkilatların, diplomatik missiyaların nümayəndələri iştirak edib. Konfransı Gürcüstan parlamentinin sədri David Usupaşvili açıb. Konfransdan sonra açıqlama verən Polşa senatoru Edmond Vibrond Dağlıq Qarabağ münaqişəsindən danışıb.

"Bizim dövlətimiz Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Hesab edirəm ki, artıq Qarabağ düyününün açılmasının zamanıdır. Bu problem danışıqlar yolu ilə öz həllini tapmalıdır. Və mövcud vəziyyət tez bir zamanda dəyişməlidir. Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həlli regionda inkişafa yol açacaq".

AzVision.az


Teqlər:  





Xəbər lenti