Obama İranı təkzib etdi

Obama İranı təkzib etdi
  07 Oktyabr 2013    Oxunub:1026
Obama Tehranın təqdim etdiyi danışıqlar paketinin inandırıcı olmadığını bildirib
Buna baxmayaraq, Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama İranın dövlət başçısı Həsən Ruhaninin çıxışından razı qaldığını dilə gətirib.

Dövlət büdcəsinin təsdiqi üçün konqressə müraciət edən "Ağ ev" rəhbəri bildirib ki, İslam Respublikasının başçısının əməkdaşlıq təklifi təqdirəlayiqdir. Bununla belə Obama qeyd edib ki, Dovlət Departamentinin də bəyan etdiyi kimi, İranın danışıq təklifləri inandırıcı görünmür.

Obamanın açıqlamalarına cavab isə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifdən gəlib. O, bildirib ki, Birləşmiş Ştatlar və digər qərb ölkələrinin təzyiqlərinə baxmayaraq, ölkəsi nüvə tədqiqatlarını davam etdirəcək. "Bütün dünya İranın nüvə tədqiqatlarının sülh məqsədlərinə xidmət etdiyini anlamalıdır. Mən buna hər iki tərəfin qazancı kimi baxıram".


Teqlər:





Xəbər lenti