100 dinc sakin həyatını itirdi

100  dinc sakin həyatını itirdi
  07 Oktyabr 2013    Oxunub:1143
İraqda ötən gün baş vermiş partlayışlarda daha 100 dinc sakin həyatını itirib.
Hökumətdən verilən məlumata görə, ilk partlayış səsi Mosulda eşidilib. Məktəb binası və polis bölməsinə eyni vaxtda edilən hücumda 20 şagird, 5 polis, 1 jurnalist və operator həlak olub. Paytaxt Bağdadda törədilən 2 ardıcıl partlayışda isə 48 nəfər ölüb, 80-ə qədər iraqlı yaralanıb.

Əl Yusifiyyədə törədilən terror aktında isə 3 insanın öldüyü, daha 4-nün yaralandığı bildirilir. Sabiq prezident Səddam Hüseynin vətəni Tikrit də partlayış səsləri eşidilib. Nəticədə 12 nəfər həlak olub, 24 dinc sakin isə yaralanıb. Digər terror aktları Kərkük və Fəllucədə həyata keçirilib. Hökumət hadisələri son 3 ilin ən "qanlı bazar günü" kimi qiymətləndirib.


Teqlər:





Xəbər lenti