Yəhudilər etiraz etdi

Yəhudilər etiraz etdi
  05 Oktyabr 2013    Oxunub:1081
Yəhudilər AŞPA-nın sünnət əleyhinə qətnaməsinə etiraz edir. “Uşaqların sünnət edilməsi iudaizm və İslam dinlərinin qədim adətidir”.
İsrailin Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasını (AŞPA) dini sünnəti pisləyən qətnaməni ləğv etməyə çağıraraq, onu bu orqanın “mənəvi nüfuzunda ləkə” adlandırıb.

AzVsison.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti yazıb.

“Uşaqların sünnət olunması iki dinin – iudaizm və İslam dinlərinin qədim adətidir” – deyə, XİN-in bəyanatında qeyd olunur.

İsrail rəhbərliyinin rəyinə görə, bu cərrahi əməliyyatın sağlamlıq üçün ziyanlı olması barədə iddia yalandır, - “Aruts Şeva” yazır. Buna görə də, qətnamə həm dini, həm də “müasir tibbə” qarşı “yolverilməz hücumdur”.
Qeyd edək ki, adı çəkilən qətnamə AŞPA-da oktyabrın 2-də, böyük səs çoxluğu ilə qəbul edilib. Qətnamədə iddia olunur ki, uşaqların erkən yaşda sünnət olunması “onların fiziki toxunulmazlığının pozulması” deməkdir. Həmçinin AŞPA üzv dövlətləri ölkələrində sünnətin insan hüquqlarının pozulması olması barədə ictimai müzakirələr aparmağa çağırıb.
Avropada dini sünnətin qanuniliyi barədə məsələ ilk dəfə deyil ki, müzakirəyə çıxarılır. Ən səs-küylü qalmaqal 2012-ci ilin yazında Almaniyada qeydə alınmışdı. Almaniyanın Köln şəhərinin məhkəməsi sünnəti cinayət hesab etmək barədə qərar qəbul etmişdi.

Bu qərar uşaqların sünnət edilməsinin dini ənənələrinin mühüm hissəsi olduğu yəhudi və müsəlmanlarda böyük narazılıq doğurmuşdu. Yekunda alman parlamenti 14 yaşadək uşaqların sünnəti barədə qərarın valideynin istəyi ilə baş tuta biləcəyi barədə xüsusi qanun layihəsi qəbul etdi.


Teqlər:





Xəbər lenti