Liviya Rusiyaya kompensasiya ödəyəcək

Liviya Rusiyaya kompensasiya ödəyəcək
  05 Oktyabr 2013    Oxunub:1253
Liviya Rusiya səfirliyinə dəyən zərərə görə kompensasiya ödəyəcək.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Liviya Tripolidəki Rusiya səfirliyinə edilən hücuma görə rəsmi şəkildə üzr istəyib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilib. Rəsmi üzr Liviyanın baş naziri Əli Zeydanın tapşırığı ilə Rusiya xarici işlər nazirinin müavininə çatdırılıb.

Məlumatda qeyd olunur ki, Liviya tərəfi Rusiyaya dəyən zərəri tamamilə kompensasiya etməyə hazırdır. Tripoli Moskva ilə münasibətləri möhkəmləndirəcəyini vurğulayıb. Liviya tezliklə Tripolidən evakuasiya olunan rusiyalı diplomatların tezliklə ölkəyə qayıdacağına ümid etdiyini bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti