Avtomobillə Ağ evə soxulmaq istədi

Avtomobillə Ağ evə soxulmaq istədi
  04 Oktyabr 2013    Oxunub:1178
Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda silahlı insident yaşanıb.
Naməlum şəxs avtomobillə "Ağ ev"ə soxulmaq istəyib. Təhlükəsizlik əməkdaşlarının müdaxiləsi ilə silahlı qadının "Ağ ev"ə soxulmasının qarşısı alınıb. Dərhal istiqamətini dəyişərək ərazidən uzaqlaşmağa çalışan avtomobili təqib edən polislər onu Konqres binası qarşısında dayandırmağa müvəffəq olublar. Təhlükəsizlik əməkdaşlarıyla silahlı arasında atışma baş verib.

Asayiş keşikçiləri iki zabiti yaralayan qadını qətlə yetirib. Adı hələ də açıqlanmayan silahlı qadının evində axtarışlar aparılıb. Vaşinqton polis departamentindən bildilir ki, insident nə terror aktıdır, nə də təsadüfdür. Hazırda faktla bağlı araşdırmalar davam edir. Bir müddət əvvəl, Vaşinqtonda ABŞ donanmasına məxsus hərbi hissədə silahlı insident baş vermiş, keçmiş hərbçi 12 nəfəri qətlə yetirmişdi.


Teqlər:





Xəbər lenti