Turistləri diri-diri yandırdılar
Hadisə turistlərin arasında çox populyar olan Nusi-Be adasında olub. Uşağın itməsi ilə bağlı polis dünən yerli kişini həbs edib. Polis bölməsinin yanına yığılmış kütlə çaxnaşma yaradıb. Onların fikrincə, həbs edilmiş kişi pul xatirinə uşağı yararaq orqanını çıxarıb. Daha sonra nümayişçilər xariciləri ovlamağa başlayıblar.
Hakimiyyətin məlumatına görə, yandırılanlar Fransa vətəndaşları olublar, amma şahidlər iddia edirlər ki, onlardan biri italyan olub.
Teqlər: