İmam Elton Conun konsertini boykot etdi

İmam Elton Conun konsertini boykot etdi
  03 Oktyabr 2013    Oxunub:1112
Kazan imamı dinə etiqad edən insanları Elton Conun konsertinə getməməyə çağırıb.
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, imamın sözlərinə görə, kişi ilə ailə quran Elton Con homoseksuallığı təbliğ edir. İmam bildirib ki, qədim və müqəddəs Sodom və Qomorrah şəhərləri məhz insanların günahlarına görə allah tərəfindən məhv edilib. Müqəddəs İncil kitabında qeyd olunan bu şəhərlərin sakinləri homoseksual münasibətlərinə görə cəzalandırılıb.

“Hazırda sağlam mənəvi və əxlaqlı cəmiyyətimiz sektantlar və pozğun insanlar tərəfindən hücumlara məruz qalır. Bu mənəviyyatı xütbələrin köməyi ilə qorumaq lazımdır” – imam vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti