Rusiya səfirliyinə hücum olub

Rusiya səfirliyinə hücum olub
  03 Oktyabr 2013    Oxunub:1129
Hadisə Liviyada baş verib
Ötən gecə bir dəstə silahlı Rusiyanın Liviyanın paytaxtı Tripoli şəhərində yerləşən səfirliyinə hücum edib. Silahlılar dipmissiyanın ərazisinə soxulmağa cəhd ediblər.

Yerli polisin məlumatına görə hücumçular səfirliyin maşınlarını yandırıblar, təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra iki avtomobilə əyləşərək hadisə yerindən qaçıblar.

Hücum Liviya təhlükəsizlik qüvvələri tərəfindən dəf edilib. Qeyd edək ki, polislə silahlılar arasında atışma baş verib. Nəticədə bir silahlı yaralanıb, biri isə hadisə yerində həyatını itirib. Səfirlik əməkdaşları arasında ölən və ya yaralanan olmayıb.

Hazırda məsələ Liviya Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır. Belə güman olunur ki, Rusiya səfirliyinə hücum bir müddət əvvəl Rusiya vətəndaşının liviyalı zabiti qətlə yetirməsi ilə bağlıdır. Belə ki, hücumçuların intiqam almaq istəyiblər. Məlumata görə, Liviyalı zabiti qətlə yetirilən rusiyalı qadın həbs olunub.

S. Həsənova


Teqlər:  





Xəbər lenti