Sərkisyan: “Azərbaycan düşmənimiz deyil”

Sərkisyan: “Azərbaycan düşmənimiz deyil”
  02 Oktyabr 2013    Oxunub:1104
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası keçirilib.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxış edən Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ münaqişəsindən, o cümlədən Azərbaycanla münasibətlərindən söz açıb. Sarkisyan bildirib ki, Dağlıq Qarabağla bağlı hadisələr neqativ məcraya yönələrsə, Ermənistan öz gücünü göstərəcək.

Qarabağda qurduqları separatçı rejimdən ağız dolusu danışan Sarkisyan, qondarma respublikanı Rusiya, Gürcüstan, Türkiyə və Azərbaycandan daha demokratik olduğunu iddia edib. Avantürist fikirlər səsləndirə Ermənistan prezidenti bir az da irəli gedərək, “Azərbaycan bizim düşmənimiz deyil. Biz problemi sülh yolu ilə həll edə bilərik”- deyə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edib.

Serj Sərkisyan AŞPA üzvlərinin suallarını da cavablandırıb. “Ermənistan Dağlıq Qarabağ probleminin həllində “ikitərəfli güzəştlər” tələb edir”- deyə bildirib. Sərkisyan, münaqişənin həllində ATƏT-in Minsk qrupunun Madrid prinsiplərinin vacibliyini vurğulayıb.

Bununla yanaşı Ermənistan prezidenti iki ölkə arasında razılıq əldə ediləcəyinə şübhə ilə yanaşdığını bildirib. “Azərbaycanın Madrid prinsiplərinə uyğun olaraq regionda silahlanmaya qarşı çıxan sənədləri imzalayacağına şübhə ilə yanaşırıq”.

Qeyd edək ki, Serj Sərkisyanın Fransaya işgüzar səfəri davam edir. Səfər çərçivəsində Sərkisyan Fransa prezidenti Fransua Olandla və Senatın rəhbəri Jan-Pyer Bellə görüşüb. Bu günErmənistan prezidentinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Jan –Klod Minyon, Avropa Şurasının baş katibi Torbyern Yaqlandla və insan hüquqları komissarı Nils Muijnikslə də görüşü planlaşdırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti