Almaniyada İslam rəsmi din elan edilir

Almaniyada İslam rəsmi din elan edilir
  02 Oktyabr 2013    Oxunub:1275
Almaniyanın Aşağı Saksoniya vilayətində İslamın rəsmi din kimi qəbul edilməsi ilə əlaqədar ilkin müqavilə imzalanıb
Dünya Almaniyada Bremen və Hamburq vilayətlərindən sonra Aşağı Saksonya əyalətində də İslamın rəsmi din olaraq qəbul edilməsi məqsədilə ilkin sözləşmə imzalanıb. AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Aşağı Saksoniya əyalətinin baş naziri Stefan Veyl bu məqsədlə İslam təşkilatlarının nümayəndələri ilə görüşüb.

Veyl və Dini İşlər üzrə Türk İslam Birliyi (DİTİB), Aşağı Saksoniya və Bremen Əyalətlər Birliyi sədrinin Yılmaz Kılıç, Hannover Şurası sədri Avni Altıner və Almaniya Ələvi Birlikləri Federasiyasının sədri Hüseyn Mat ilkin sözləməni imzalayıb.

Baş nazir müsəlmanların Aşağı Saksoniya cəmiyyətinin önəmli bir hissəsi olduğunu vurğulayıb: “Keçmişdə qarşılıqlı olaraq inamsızlıq olmuşdu. Hökümətimiz bu müqavilə ilə müsəlmanlara hörmətini göstərmək istəyir”.


Teqlər:





Xəbər lenti