Nüvə danışıqlarının vaxtı müəyyənləşdi

Nüvə danışıqlarının vaxtı müəyyənləşdi
  01 Oktyabr 2013    Oxunub:1200
İran oktyabrın 15-16-da Cenevrədə “Altılıq” ölkələri ilə görüşəcək.
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, İranın Cenevrədə “Altılıq” ölkələri ilə görüşünün məqsədi nüvə proqramı məsələsinin nizama salınmasıdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Sentyabrın 26-da İranın nüvə proqramı üzrə beynəlxalq vasitəçilərin - Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransa və Almaniya xarici işlər nazirləri və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Nyu-Yorkda BMT Baş Assambleyasının 68-ci sessiyası gedişatında oktyabrın 15-16-da İran-“Altılıq” ölkələrinin növbəti tam formatlı nüvə danışıqlarının keçirilməsi barədə razılıq əldə olunmuşdu.

AzVision.az


Teqlər:





Xəbər lenti