Müxalifət Ərdoğanla razılaşmadı

Müxalifət Ərdoğanla razılaşmadı
  01 Oktyabr 2013    Oxunub:1244
Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanın "Demokratikləşmə paketi"ni açıqlamasına müxalifətin cavabı gecikməyib.
İlk reaksiya Cümhuriyyət Xalq Partiyasından gəlib. Partiya funksioneri Məhərrəm İncə bildirib ki, aşağı sinif şagirdlərinin orta məktəblərdə tədrisə and içərək başlamasının ləğvi normal hal deyil. İncə bu təcrübənin ABŞ-da və bir sıra Avropa ölkələrində olduğuna diqqət çəkib. Kürdlərin siyasi arenada təmsilçisi adı qazanan Barış və Demokratiya partiyası da "paket"dən razı qalmayıb.

Təşkilat, sənəddə dağa çəkilən kürdlərin taleyinə aydınlıq gətirilmədiyindən "paket"i natamam hesab edir. Millətçi Hərəkat Partiyası isə susqunluğunu pozmayıb. Partiyanın liderlərindən olan Oqtay Vural qeyd edib ki, sənəd terrorçuların və siyasi ayrıseçkilik edənərin diqtəsi altında hazırlanıb. Bununla yanaşı o bildirib ki, son sözü ən yaxın zamanda partiya sədri Dövlət Bahçeli deyəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti