Türkiyədən Kürdlərə güzəşt

Türkiyədən Kürdlərə güzəşt
  01 Oktyabr 2013    Oxunub:1323
Ərdoğan kürdlərə güzəştə getməyə razılaşdı, amma PKK-nın siyasi qanadı olan BDP bu dəyişiklikləri yetərli saymadı
Türkiyə baş naziri Rəcəp Tayyib Ərdoğan hazırlanan siyasi islahatlar paketini açıqlayıb. AzVision.az Türkiyə mətbuatına istinadən bildirir ki, paketdə kürdlərin çoxdan gözlədiyi güzəştlər yer alıb.

Türkiyə mətbuatının məlumatına görə, paketdə seçim sistemi və geyim forması ilə, həmçinin müxtəlif dillərdə təhsilə icazə verən bir sıra qanunvericilik düzəlişləri var.

Baş nazirin sözlərinə görə, məktəblərdə tədris dili və seçki kampaniyasında təbliğat dili kimi kürd dilinin istifadəsinə qoyulan qadağa götürüləcək. O, həmçinin kiçik siyasi partiyalara parlamentə girməyə mane olan 10 faizlik baryeri də ləğv etməyi təklif edib.

Ekspertlər bunun Türkiyədə türklərlə kürd seperatçıları arasında münaqişənin həllində yardımçı olacağını düşünürlər. Amma PKK-nın siyasi qanadı olan BDP bu dəyişiklikləri yetərli saymayıb.


Teqlər:  





Xəbər lenti