Sarkisyan Fransaya gedir

Sarkisyan Fransaya gedir
  30 Sentyabr 2013    Oxunub:1234
Serj Sarkisyan AŞPA-da deputatların suallarını cavablandırmalı olacaq.
Ermənistan prezidenti Serj Sarkisyan Fransaya işgüzar səfər gedir. Bu barədə AzVision.az erməni mətbuatına istinadən xəbər verir.

Səfər çərçivəsində Ermənistan prezidenti Paris və Strasburqda olacaq. Parisdə Sarkisyan Fransa prezidenti Fransua Olandla və Senatın rəhbəri Jan-Pyer Bellə görüşəcək. Oktyabrın 2-də isə Serj Sarkisyanın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Jan –Klod Minyon, Avropa Şurasının baş katibi Torbyern Yaqlandla və insan hüquqları komissarı Nils Muijnikslə də görüşü planlaşdırılıb.

Həmin gün Ermənistan prezidenti AŞPA-nın plenar iclasında iştirak edəcək və deputatları maraqlandıran suallara cavab verəcək.

S. Həsənova


Teqlər:





Xəbər lenti