Bakteriyadan benzin aldılar

Bakteriyadan benzin aldılar
  30 Sentyabr 2013    Oxunub:1078
Koreya alimləri bakteriyadan benzin əldə ediblər.
AzVision.az xəbər verir ki, Cənubi Koreya alimləri dünyada ilk dəfə benzin istehsal edə bilən genetikası dəyişdirilmiş bakteriya yaradıblar. Bu barədə ölkənin Elm, informasiya-rabitə texnologiyaları və proqnozlaşdırma nazirliyindən bildirilib. Tədqiqatın nəticələri beynəlxalq Nature elmi jurnalının elektron versiyasında verilib.

“İstehsalın effektivliyi hələ aşağıdır, ancaq tədqiqatın əsas dəyəri genetik dəyişdirilmiş bakteriyalar vasitəsilə benzin almaqdır. Biz metodun effektivliyini artırmaq üzərində çalışacağıq” - elmi qrupun rəhbəri professor Li San Ob söyləyib.

Koreya alimlərinin yaratdığı bakteriya qlükozanı udmağa və benzini ayırmağa qabildir. Tərkibində bu cür bakteriya saxlayan bir litr məhluldan 580 milliqram yanacaq almaq mümkündür. Alınmış yanacaq adi benzindən bir qədər fərqlənir.

AzVision.az


Teqlər:





Xəbər lenti