Əsəd üsyançıları məhv etdi

Əsəd üsyançıları məhv etdi
  30 Sentyabr 2013    Oxunub:1086
Suriyada hökumət qüvvələri bir çox ərazilərə nəzarəti üsyançılardan alıb
Suriyada hökumət qüvvələri bir çox ərazilərə nəzarəti üsyançılardan alıb. Bu barədə “Reuters” agentliyi Londonda yerləşən “Suriya insan haqları müşahidəçiləri” qrupuna istinadən xəbər verir. Ölənlərin əksəriyyətinin paytaxt Dəməşq sakinləri olduğu və onların arasında 10 uşaq və 3 qadının da olduğu bildirilir.

Əməliyyatlar zamanı ölənlərdən 20-si “Azad suriya ordusu” nun döyüşçüləridir. Xeyli sayda yaralının da olduğu bildirilir.

Müxalifətdən formalaşan “Suriya ümumi inqilab şurası” hökumət qüvvələrinin “Tevhid alayı” nın Həmanin 20 kəndində nəzarəti üsyançılardan aldığını açıqlayıb. Hazırda davam edən döyüşdə üsyançılar nəzarəti geri almağa çalışırlar. /Musavat.com


Teqlər:  





Xəbər lenti