Nazirlər istefa verdi

Nazirlər istefa verdi
  29 Sentyabr 2013    Oxunub:1222
İtaliyada Silivio Berluskoninin partiyasından olan nazirlər istefa ərizəsi imzalayıb
AzVision.az İtar-Tass-a istinadən xəbər verir ki, Silvio Berluskoninin “Azad Xalq” Partiyasından (AXP) olan nazirlər istefaya gedib. Bu haqda bu gün baş nazirin müavini və Daxili İşlər Naziri Ancelino Alfano xəbər verib. 26 sentyabr tarixində İtaliya parlamentinin AXP-dən olan demək olar ki, bütün deputat və senatorları Silvio Berluskoninin əsas qanunvericilik orqanından uzaqlaşacağı təqdirdə qüvvəyə minən istefa haqda ərizəni imzalayıb. AXP-nin üzvləri prezidentin qanunverici asambleyada təxribatın mümkünsüzlüyü haqda sərt çıxışlarına belə məhəl qoymayıb.

Aşağı palatada AXP üzvlərinin başçısı Renato Brunetta bunu “liderlərinə sevgi və sadiqlik” jesti kimi qiymətləndirdi. Qeyd edək ki, AXP-nin lideri Silvio Berluskoni maliyyə fırıldaqları ittihamı ilə məhkəmə qarşısındadır. Məhkəmənin son qərarından sonra Berluskoninin məhkum edilməsi və parlamentdən kənarlaşdırılması gözlənilir.


Teqlər:  





Xəbər lenti